BAKI, 29 iyun. TELEQRAF
“Danışıqlarda Ali rəhbər Müctəba Xameneinin tələblərinin yerinə yetirilməsi istiqamətində ilk addım ABŞ Prezidenti Donald Trampın mühakimə olunmaq üçün İrana təhvil verilməsinin tələb edilməsidir”.
Teleqraf xəbər verir ki, bunu İranın ali rəhbərliyinə bağlı “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari deyib.
O bildirib ki, Tehran nümayəndə heyəti gələcək danışıqlarda Donald Trampı və onun təmsilçiləri ilə görüşdən imtina etməli, bunun əvəzinə ABŞ Konqresinin üzvlərindən ibarət heyətlə danışıqlar aparılmasını təklif etməlidir.
“Əli Xameneidən qisas almaq cəhdlərinə cavab elə Amerika ərazisində verilməlidir”, - Şəriətmədari əlavə edib.