BAKI, 9 iyun. TELEQRAF

İsrail və ABŞ Livanın paytaxtı Beyruta endirilən zərbələr, eləcə də İranın İsrailə raket atışlarına cavab məsələsində koordinasiyalı hərəkət edib.

Teleqraf xəbər verir ki, bu barədə “Israel Hayom” mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, İrana son hücum İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığından sonra və dövlət katibi Marko Rubionun dəstəyi ilə həyata keçirilib:

“İran raket atəşi həyata keçirdikdən və gərginlik artdıqdan sonra Tramp açıq şəkildə təmkinli olmağın vacibliyini bildirib, amma Netanyahu ilə uzun söhbətdən və ikitərəfli təhlükəsizlik məsləhətləşmələrindən sonra İsrailin hücumu üçün çərçivə razılaşdırılıb. Rubio bu müzakirələrdə cavab tədbirlərinin görülməsini dəstəkləyib”.

Nəşrin məlumatına əsasən, İsrailin hücumu güclü olsa da, bir neçə saatla məhdudlaşıb və hədəfləri ABŞ-nin məlumatı və razılığı ilə müəyyən edilib. Hücumlar ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə də koordinasiya olunsa da, Amerika qüvvələri əməliyyatda birbaşa iştirak etməyib.