BAKI, 3 iyun. TELEQRAF
Küveyt iki İran diplomatını “arzuolunmaz şəxs” elan edib
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, onlara 24 saat ərzində ölkəni tərk etmək əmri verib.
Həmçinin Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, hava hücumundan sonra Küveyt ölkədəki İran səfirliyinin işçilərinin sayını azaltmaq qərarına gəlib.
Xatırladaq ki, İran bundan əvvəl Küveytdə mülki obyektlərə hava zərbələri endirmişdi. Hücum zamanı ölkənin beynəlxalq hava limanının sərnişin terminalı da hədəfə alınmışdı.