BAKI, 3 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın Ali rəhbəri Müctəba Xamenei ilə görüşmək istədiyini bildirib.

Teleqraf xəbər verir ki, Amerika lideri İranın ali rəhbərinin Vaşinqton-Tehran danışıqlarında qərar qəbuletmə prosesində iştirak etdiyini bildirib.

“Mən onunla görüşmək istəyərdim. Mən hər kəslə görüşmək istəyirəm. Onunla da görüşmək istəyərdim, yəqin ki, nə vaxtsa görüşəcəyik. Bu, işlərin necə getməsindən asılı olaraq baş verəcək”, - dövlət başçısı vurğulayıb.

Amerika lideri həmçinin əlavə edib: “Şübhəsiz ki, o, müvafiq qərarların qəbul edilməsi prosesində iştirak edir”.

Donald Tramp iddia edib ki, danışıqlar sürətlə irəliləyir, İran nüvə silahı inkişaf etdirməkdən imtina etməyə razılaşıb və mümkün razılaşma nəticəsində çox yaxşı şeylər baş verəcək.