BAKI, 1 iyun. TELEQRAF

İranın keçmiş ali rəhbəru Ruhullah Xomeyninin vəfatı ilə ilə əlaqədar ənənəvi mərasim əvvəlki illərlə müqayisədə bəzi dəyişikliklərlə keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Ruhullah Xomeyni qərargahının katibi Məhəmmədəli Ənsari bildirib.

O, müəyyən dövlət rəsmiləri, nazirlər, parlament üzvləri, qurum rəhbərləri və hərbi komandirlərin rəsmi olaraq mərasimə dəvət olunmadığını açıqlayıb.

Ənsari bu qərarın sistemin qərarvericiləri tərəfindən yaxşı başa düşülən bir neçə səbəbə görə verildiyini iddia edib.

“Iran International”ın məlumatına görə, bu dəyişikliklər İranın ABŞ və İsraillə müharibədə liderlərinin, çoxsaylı yüksək vəzifəli hərbi və siyasi rəsmilərinin öldürülməsindən doğan narahatlıqla əlaqəlidir. Bu ilki mərasimdə xarici qonaqlar da olmayacaq.

Keçmiş ali rəhbərin nəvəsi Həsən Xomeyni çıxış etməyəcək, ölkənin hazırkı lideri Müctəba Xameneinin isə yazılı mesajı oxunacaq.