BAKI, 1 iyun. TELEQRAF
Yanvar ayında İranda keçirilən nümayişlər zamanı həbs olunan Mehrdad Məhəmmədiniya və Aşkan Maliki edam edilib.
Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Hər iki şəxs Tehranda Cəfəri məscidini yandırmaqda ittiham edilib, onların ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra icra olunub.