BAKI, 26 may. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə danışıqların davam etdirilməsi barədə açıqlaması ölkənin mühafizəkar dairələrində hiddətə səbəb olub.

Teleqraf xəbər verir ki, bəzi mühafizəkarlar prezidentin bu fikrinin doğru olmadığını düşünürlər.

İran parlamentinin üzvü Əmirhüseyn Sabiti Məsud Pezeşkianın “Danışıqlar aparmayaq, bəs nə edək?” sözlərini tənqid edərək bildirib:

“Müharibə bundan əvvəlki danışıqların ortasında başlamadımı? Deməli, yenə də müharibə olsun və yeni liderimiz (Müctəba Xamenei) də sui-qəsdə məruz qalsın deyə danışıqlar aparmaq istəyirsiniz? Əgər bu gün İran xalqının əksəriyyəti ABŞ ilə danışıqlara qarşıdırsa, bunun səbəbi onların ağıllı olması və tarixdən nəticə çıxarmasıdır.

Bu təkrarlanan yoldan İranın xeyrinə heç nə çıxmayacaq. Ölkəni idarə etməyin yolu korrupsiya və israfçılıqla mübarizə aparmaqdır, digər 199 ölkəni kənara qoyub ABŞ-dən ummaq deyil”.