BAKI, 25 may. TELEQRAF
İsrail ordusu Livanın cənubundakı 10 yaşayış məntəqəsi üçün təcili təxliyə xəbərdarlığı edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçay Adri məlumat verib.
İsrail ordusu bölgə sakinlərindən bu əraziləri mümkün qədər tez tərk etmələrini istəyib.
Adri “Hizbullah” terror təşkilatını atəşkəs razılaşmasını pozmaqda ittiham edib: “İsrail Müdafiə Qüvvələri İran İslam Respublikasının bu silahlı qrupunun fəaliyyətlərinə güclə cavab verməyə məcburdur”.
O vurğulayıb ki, İsrail ordusunun məqsədi mülki şəxslərə zərər vermək deyil və sakinlərdən bu ərazilərdən ən azı bir kilometr uzaqlaşmalarını istəyib:
“Hizbullah” qüvvələrinin, obyektlərinin və ya hərbi avadanlıqlarının yaxınlığında olan hər kəs öz həyatını təhlükəyə atır”.