BAKI, 21 may. TELEQRAF
İran Pakistan vasitəsilə münaqişənin həlli üçün ABŞ-nin şərtlərini nəzərdən keçirmək və araşdırmaq üçün əlavə vaxt istəyib.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin Al Jazeera” telekanalı Pakistan mənbələrinə istinadla məlumat yayıb.
“İran rəsmiləri Pakistandan ABŞ-nin şərtlərini qiymətləndirmək və araşdırmaq üçün vaxt istəyiblər”, - mənbə bildirib.
Qeyd edilib ki, İranın zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı məsələ Tehran və Vaşinqton arasında dolayı danışıqların qarşısında əsas maneədir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bundan əvvəl bəyan etmişdi ki, Tehran Vaşinqtonun şərtlərini nəzərdən keçirir. Mayın 18-də “Tasnim” xəbər agentliyi İranın İslamabad vasitəsilə ABŞ-yə 14 maddəlik yeni təkliflər paketi təqdim etdiyini yazıb. Vaşinqton Tehranın təkliflərinə cavabını təqdim edib.