BAKI, 13 may. TELEQRAF
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon Dominikanın “Hizbullah” və İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq qərarını alqışlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
İsrailli diplomat Dominikanın bununla doğru yolda olan ölkələrə qoşulduğunu bildirib.
Danon qeyd edib: “Dünya getdikcə İranın rəhbərlik etdiyi terrorizmin təkcə İsrail üçün yox, həm də qlobal təhlükə olduğunu anlayır”.