BAKI, 17 aprel. TELEQRAF
Suriya və Türkiyə liderləri İdlib vilayətində azad iqtisadi zonanın yaradılması ilə bağlı danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Prezidenti Əhməd Şara “Anadolu”ya müsahibəsində məlumat verib.
“Suriya ilə Türkiyə arasında regional inteqrasiya üçün əhəmiyyətli imkanlar var. Suriya Şərqlə Qərb arasında körpü rolunu oynayır. Hazırda İdlibdə prioritet sənaye sahələrinin birgə inkişaf etdirilə biləcəyi Suriya-Türkiyə azad iqtisadi zonasının yaradılması üzərində iş aparılır”, - o bildirib.
Şaraanın sözlərinə görə, İdlib Türkiyə sərhədinə yaxınlığı, eləcə də Dəməşq, Hələb və Latakiyaya gedən əsas magistral yolların qovşağında yerləşməsi səbəbindən belə bir layihənin həyata keçirilməsi üçün ən optimal bölgədir.
Prezident əlavə edib ki, Suriya hakimiyyəti türk tərəfdaşlarının dəstəyi ilə hazırda ölkənin logistika imkanlarını genişləndirmək üçün onun hava və dəniz infrastrukturunun yenidən qurulmasına fəal şəkildə investisiya qoyur.