BAKI, 11 aprel. TELEQRAF

Aprelin 11-də İslamabadda keçirilməsi planlaşdırılan ABŞ ilə danışıqlarda iştirak edəcək İran nümayəndə heyəti 71 nəfərdən ibarətdir.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Bura rəsmilər, ekspertlər, təhlükəsizlik işçiləri və jurnalistlər daxildir. Nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edir. Nümayəndə heyətinə İran xarici işlər naziri Abbas Əraqçi də daxildir.

Aprelin 10-da İran nümayəndə heyəti münaqişənin həlli və uzunmüddətli sazişin bağlanması ilə bağlı ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gəlib.