BAKI, 10 aprel. TELEQRAF
“İranın Ali rəhbəri Müctəba Xamenei ölkədə vəziyyəti nəzarətdə saxlayır, ABŞ və İsraillə müharibədə atəşkəs barədə qərarı şəxsin özü verib”.
Teleqraf xəbər verir ki, bunu TASS-a İran liderinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi deyib.
“O, özünü çox yaxşı hiss edir, hər şey onun nəzarəti altındadır. Ofisinə gəlir, rəsmiləri, prezidenti, parlament nümayəndələrini qəbul edir, görüşlər keçirir. Atəşkəs qərarını da şəxsən o verib”, - İlahi iddia edib.
Həmçinin o qeyd edib ki, İranın ali rəhbəri tezliklə birbaşa xalqa müraciət edə bilər: “Ümid edirik ki, o, tezliklə ictimaiyyət arasında çıxacaq və xalqa birbaşa müraciət edəcək”.
Xatırladaq ki, “The Times” bundan əvvəl mənbələrə istinadla İranın yeni ali rəhbərinin ağır yaralandığı, müalicə aldığı və qərar qəbuletmədə iştirak etmədiyi barədə məlumat yayıb.