BAKI, 9 aprel. TELEQRAF
“Türkiyə ABŞ və İran arasında müvəqqəti atəşkəs razılaşmasının ciddi şəkildə yerinə yetirilməsini vacib hesab edir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.
“ABŞ və İran arasında elan edilmiş müvəqqəti atəşkəsi məmnuniyyətlə qarşılayırıq, bu, bölgədə daha böyük fəlakətlərlə qarşısını alacaq. Ümid edirəm ki, bu vacib addım yerindəcə layiqincə qiymətləndiriləcək və davamlı sülh yolunda önəmli başlanğıc olacaq. Əldə edilmiş razılaşmaların ciddi və tam şəkildə həyata keçirilməsi vacibdir”, - Gülər bildirib.