BAKI, 7 aprel. TELEQRAF

“Düşmən ünsürləri və agentləri üçün edam hökmləri daha sürətlə verilməlidir”.

Teleqraf xəbər verir ki, bunu İranın məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei deyib.

“Düşmən agentlərinə qarşı əmlak müsadirəsinin və icra əmrlərinin verilməsi lazım olduğu hallarda sürətləndirilməlidir”, - o əlavə edib.

Xatırladaq ki, ötən günlərdə Mohseni-Ejeinin ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülməsi barədə məlumat yayılsa da, bu, sonradan öz təsdiqini tapmamışdı.