BAKI, 6 aprel. TELEQRAF
“ABŞ və İsrail döyüş meydanındakı zəifliyini sui-qəsdlə kompensasiya etməyə çalışır”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Qaqir Qalibaf İnqilab Keşikçilərinin (SEPAH) kəşfiyyat idarəsinin rəisi Məcid Xadəminin öldürülməsini şərh edərkən deyib.
“Belə kortəbii planlar həmişə uğursuz və nəticəsiz qalır, onları daha sərt zərbələr gözləyir”, - Qalibaf qeyd edib.
Xatırladaq ki, Məcid Xadəmi aprelin 6-da İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin Tehrana hava zərbələri nəticəsində öldürülüb. SEPAH məlumatı təsdiqləyib.