BAKI, 29 mart. TELEQRAF
İranın cənubunda, Fars körfəzi sahilində yerləşən Bəndər-Pol liman şəhərinin bombardman edilməsi nəticəsində azı 5 nəfər həlak olub.
Bu barədə Teleqraf "Al Hadath" telekanalına istinadən xəbər verir.
Məlumata görə, hücum zamanı Bəndər-Polda iki gəmidə yanğın başlayıb. Hadisə nəticəsində ən azı 5 nəfərin həyatını itirdiyi bildirilir.