BAKI, 24 mart. TELEQRAF

İsrailin ötən həftə Cənubi Pars qaz yatağına hücum etməsindən sonra İran Türkiyəyə qaz ixracını dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, 2025-ci ildə İran qazı Türkiyənin təbii qaz təchizatının 14 faizini təşkil edib.

Mənbələr qeyd ediblər ki, Ankara Azərbaycan və Rusiyadan qaz idxalına davam edir və ölkənin ehtiyatları da var.

İrandan tədarükün nə vaxt bərpa olunacağı məlum deyil.