BAKI, 24 mart. TELEQRAF
“İran silahlı qüvvələri Ali rəhbər Müctəba Xameneiyə tam tabe olaraq, öz yolunu tam qələbəyədək davam etdirəcək”.
Teleqraf xəbər verir ki, bunu İran İnqilab Keşikçilərinin (SEPAH) “Xatəmül-Ənbiya” qərargahının komandanı Əli Abdullahi deyib.
O bildirib ki, ABŞ İran əleyhinə koalisiya yaratmaq cəhdlərində uğursuzluğa düçar olub, indi də müharibədən çıxış yolu axtarır.
“Donald Tramp meydandakı reallıqları anladıqdan, müharibə bataqlığına düşdükdən və məqsədlərinə çatmaqdan ümidini kəsdikdən sonra müharibədən çıxmaq üçün bəzi ölkələrin liderlərinə müraciət edib”, - Abdullahi vurğulayıb.