BAKI, 11 mart. TELEQRAF

İraqın şərqində İran tərəfindən dəstəklənən silahlı “Həşd əş-Şaabi” Hərəkatının mövqelərinə hava zərbələri endirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.

Hərəkatın İranla həmsərhəd Vasit əyalətindəki mövqeləri atəşə tutulub.

İranın proksi qüvvələrinin paytaxt Bağdadın cənubundakı mövqelərinin də hədəfə alındığı bildirilib.