BAKI, 9 mart. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Müctəba Xameneiyə İranın yeni ali rəhbər vəzifəsinə seçilməsi münasibətilə təbrik mesajı göndərib.
Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
“İslam İnqilabının Ali rəhbəri seçilməyiniz münasibətilə sizi təbrik edirəm.Əminəm ki, Ermənistanla İran arasındakı güclü əlaqələr inkişaf etməyə davam edəcək və yeni uğurlar qazanacaq”, - o bildirib.