BAKI, 6 mart. TELEQRAF

“ABŞ ölkənin mövcudluğuna son qoymaq istədiyi üçün İranda xalça bombardmanı həyata keçirir”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.

“İranı xalçavari bombardman edirlər, çarəsizlikdən belə edirlər, yeni Yaxın Şərqin yaranmasını istəyirlər. İranın mövcudluğuna son qoymaq istəyirlər”, - diplomat bildirib.