BAKI, 4 fevral. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə rəsmi səfərdədir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanı Qahirə Beynəlxalq Hava Limanında Misir Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.

Qarşılanma mərasimindən sonra Misir və Türkiyə liderləri birinci xanımların iştirakı ilə söhbət ediblər.