BAKI, 15 yanvar. TELEQRAF
Suriya ordusu Hələb vilayətinin şərqində SDQ terror təşkilatının mövqelərinə artilleriya ilə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Hücum nəticəsində SDQ-nin Meskene şəhəri yaxınlığındakı fabrikdə yerləşən əməliyyat qərargahı dağıdılıb.
Bundan əvvəl SDQ-nin Fərat çayındakı Tişrin bəndi yaxınlığındakı postuna PUA-larla zərbələr endirmişdi.