BAKI, 14 yanvar. TELEQRAF
“Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi məsələsində tərəflər Ermənistan və ABŞ-ni tam məmnun edən, böyük ehtimalla Azərbaycanı da qane edən formul tapmağı bacarıblar”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Baş nazir bu fikri layihənin icra qaydalarını əks etdirən yeni ABŞ-Ermənistan sənədini şərh edərkən səsləndirib.
Paşinyanın sözlərinə görə, hələlik Bakıdan sənədə rəsmi reaksiya gəlməyib, amma o hesab edir ki, təklif olunan formul Azərbaycan tərəfinin maraqları ilə də tam uzlaşır. Baş nazir həmçinin əmin olduğunu bildirib ki, “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi bölgədə uzunmüddətli sülh yolunu açır.
“Artıq bu gün region xüsusilə dünyada baş verən hadisələr fonunda daha təhlükəsiz mühit təqdim edir”, - Paşinyan qeyd edib.
Ermənistan Baş naziri layihənin inkişafında ABŞ Prezidenti Donald Trampın marağının həlledici rol oynadığını vurğulayıb.