BAKI, 13 yanvar. TELEQRAF
“Uzunmüddətli perspektivdə bu, İran İslam Respublikasının sonu deməkdir. Hazırkı rejim başda olduğu müddətdə bu vəziyyətdən çıxış yolları yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (MI6) keçmiş rəhbəri Aleks Yanqer İranda hakimiyyət əleyhinə etirazlar barədə bildirib.
“Bu, mahiyyət etibarilə İslam Respublikasının sonu deməkdir, çünki verə biləcəkləri cavabları yoxdur. İran xalqının ehtiyaclarını qarşılaya bilmirlər. İslam Respublikasının rəhbəri (Əli Xamenei) ilk gündən etibarən hər cür kompromisə qarşı sərt və amansız mövqe tutub. Buna görə də onların manevr imkanları yoxdur”, - MI6-nın keçmiş rəhbəri vurğulayıb.