BAKI, 13 yanvar. TELEQRAF

Suriya ordusu Fərat çayının qərb sahilində YPG/SDQ terrorçuları tərəfindən işğal olunmuş ərazini hərbi zona elan edib və bütün silahlı birləşmələrin çayın şərq tərəfinə çəkilməsini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölgədə yerləşən bütün silahlı qruplar Fəratın şərqinə çəkilməlidir. Suriya ordusu isə ərazidə silahlı qrupların buranı cinayət fəaliyyəti üçün istifadə etməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək", - o qeyd edib.