BAKI, 12 yanvar. TELEQRAF

“Biz meydandayıq. Gəl, gör bütün imkanların bölgədə necə məhv ediləcək. Gəl, gör Amerika gəmiləri, bazaları və bölgədəki qüvvələrinin başına nə gələcək”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın etirazçıların qətlə yetirilməsi halında hücumla bağlı xəbərdarlığına cavab olaraq deyib.

“Sənin rəqibin bizik. Gəl, İranın müdafiəçilərinin atəşi ilə elə yanacaqsan ki, bu, zalım Amerika üçün tarix boyu ibrət dərsi olacaq”, - o bildirib.

Donald Tramp son xəbərdarlığında bəyan etmişdi ki, ABŞ ordusu İranda etirazların zorakılıqla yatırılmasına görə İrana ən sərt cavab variantlarını nəzərdən keçirir.