BAKI, 10 yanvar. TELEQRAF

"İran Livanla iqtisadi əlaqələri genişləndirməyə hazırdır".

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Beyrutda Livanın iqtisadiyyat naziri Amer Əl-Əlsətlə görüşü zamanı deyib.

Görüşdə İran və Livan arasında iqtisadi və ticarət əlaqələrini müzakirə edilib.

İran xarici işlər naziri İran-Livan Birgə İqtisadi və Ticarət Komissiyasının dirçəldilməsinin ticarət əməkdaşlığının gücləndirilməsi üçün yol açacağını bildirib və komissiyanın mümkün qədər tez bir zamanda çağırılmasının vacibliyini vurğulayıb.

Livan iqtisadiyyat naziri ölkəsindəki sosial-iqtisadi vəziyyətdən danışıb və iqtisadi islahatlar planlarını təqdim edib.

O, həmçinin qeyd edib ki, Livan İran da daxil olmaqla, regiondakı bütün ölkələrlə iqtisadi və ticarət əlaqələrini gücləndirmək niyyətindədir.