BAKI, 7 yanvar. TELEQRAF
Türkiyənin müxalif Vətən Partiyasının sədri Doğu Perinçek Türkiyə, Rusiya, İran və Çinin ABŞ-yə qarşı ittifaq yaratmasını təklif edib.
Teleqraf xəbər verir ki, o, bunun Üçüncü Dünya müharibəsinin qarşısını ala biləcəyini deyib.
“Türkiyənin Rusiya, İran və Çinlə ittifaqı imperialist ABŞ-nin ağlını başına gətirəcək, regional və dünya müharibələrinin qarşısını alacaq tarixi qüvvə olacaq”, - o bildirib.