BAKI, 10 dekabr. TELEQRAF
ABŞ hökuməti 2015-ci ildən İŞİD terror təşkilatını bəhanə edərək dəstək verdiyi PKK terror təşkilatının Suriya qolu YPG-SDG-dən Dəməşqə tabe olmağı tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.
Yerli mənbələr nəşrə təşkilatın İŞİD-lə mübarizə və düşərgələr mövzusu üzərindən ABŞ-yə qarşı hələ də blef etməyə çalışdığını, amma Vaşinqtonun bütün qapıları bağladığını bildiriblər. Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, Ankara bu ilin martından bəri İŞİD-lə mübarizənin hərbi tərəfi və düşərgələrdəki məhbuslarla bağlı çoxşaxəli diplomatik fəaliyyətlər aparır. Ankara və Dəməşq isə İŞİD düşərgələri və terror təşkilatı ilə mübarizə mövzusunda ABŞ, BMT və regional aktorlarla apardıqları intensiv təmaslar sayəsində ciddi irəliləyiş əldə edib. Başqa sözlə, ABŞ İŞİD-çilərin saxlanıldığı düşərgələrə artıq SDQ-YPG ilə yox, Dəməşq, Ankara və BMT ilə nəzarət edəcək.
SDQ-YPG-yə yaxın mənbələr PKK-nın Suriya qolu ilə ABŞ arasındakı müttəfiqlik bağlarının tamamilə qırıldığını söyləyiblər: “Amerikalılar açıq şəkildə TEVDEM, PYD, YPG, SDG və digər bütün hərbi-mülki qurumlara büdcə ayrılmayacağını çatdırıblar. Hətta bundan sonrakı mərhələdə “əlqəni Dəməşq üzərindən qurun, Amerikaya da Suriya pasportu ilə gəlin” tövsiyəsi verilib”.