BAKI, 9 dekabr. TELEQRAF

“İranda vəziyyət çox pisdir, hökumət problemlərin həlli üçün çıxış yolu axtarır”.

Teleqraf xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Əli Mədənizadə deyib.

“Deyə bilmərəm ki, vəziyyət yaxşıdır, vəziyyət çox pisdir. Son altı ay ərzində ölkəni idarə etmək çox çətin olub, aylıq subsidiyalar və maaşların ödənilməsi üçün haradan pul tapa biləcəyimizi düşünürük”, - o qeyd edib.

İranın iqtisadiyyat naziri ölkədə işsiz vətəndaşların sayının artmasına da diqqət çəkib:

“Ölkədə kiçik və orta müəssisələr ciddi zərər görüb. Üç aylıq yay mövsümündə işsizlərin sayı təxminən daha 650 min nəfər artıb”.