BAKI, 5 dekabr. TELEQRAF

İranda su böhranı ekoloji problemdən kənara çıxaraq ciddi siyasi-təhlükəsizlik məsələsinə çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə Sufan Mərkəzinin analizində deyilir.

Təhlillər göstərir ki, bu böhran onilliklər boyu aparılan səhv siyasəti, ərzaq təhlükəsizliyi ilə bağlı iddialı özünütəminetmə proqramları və iqlim dəyişikliyi ilə daha da güclənmiş beş illik quraqlığın nəticəsidir.

Bundan əlavə, qeyd edilib ki, “su mafiyası” adlanan siyasi-hərbi və iqtisadi rəsmilərdən ibarət şəbəkə suyun ötürülməsi və bənd tikintisi layihələrindən qazanc götürərək infrastrukturun tənəzzülünə səbəb olub.

Sufan Mərkəzi xəbərdarlıq edib ki, su qıtlığı Xuzistan və İsfahanda olduğu kimi, genişmiqyaslı etirazlara yol aça bilər. Həmin etirazlar zorakı şəkildə yatırılmışdı.

“İnfrastrukturun zəifliyi və İranın regional siyasətinin yüksək xərcləri ölkənin böhranı idarəetmə qabiliyyətini zəiflədib, çoxsaylı mütəxəssis əməli addımlar üçün artıq gec olduğunu düşünür”, - mərkəzi əlavə edib.