BAKI, 28 noyabr. TELEQRAF

İranda aylardır davam edən şiddətli quraqlıq səbəbindən bataqlıqların 80 faizi quruyub.

Teleqraf xəbər verir ki, bu barədə İranın Beheşti Universitetinin müəllimi Homan Liaqati məlumat verib.

“Bataqlıqların 80 faizini itirmişik, bu rəqəm çox yüksəkdir. Çünki bataqlıqlar böyük ekoloji əhəmiyyətə malikdir və müxtəlif ekosistem xidmətlərini ehtiva edir. Bu, ekologiya üçün ağır yaradır, müalicə (bərpa) olunmasa, son dərəcə ciddi nəticələrə səbəb olacaq”, - o qeyd edib.