BAKI, 24 noyabr. TELEQRAF
Suriyanın Homs şəhərində silahlı qruplar ermənilərin yaşadığı ərazilərə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, yaraqlılar yerli ermənilərə məxsus avtomobillər, dükanlar və evləri yandırıblar.
Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.
Suriyanın təhlükəsizlik qüvvələri vəziyyətə nəzarəti ələ almaq üçün bölgəyə gəlib.