BAKI, 21 noyabr. TELEQRAF
İsraillə 12 günlük müharibədən sonra İran balistik raket potensialının bərpasına əhəmiyyətli sərmayə qoyub.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “i24News” informasiya agentliyi Qərb mənbələrinə istinadla məlumat yayıb.
Agentlik bildirib ki, İsrail ilə İran arasında yeni toqquşma ehtimalı hər keçən gün artmaqdadır.
Qərb mənbələri qeyd ediblər ki, İran İsrailin həssas nöqtələrinə zərbə endirmək üçün çoxlu sayda raketə ehtiyac duyduğunu müəyyən edib.
Mütəxəssislərin fikrincə, İranın balistik raketlərinin dəqiqliyi əvvəlki illərlə müqayisədə zəifləyib. İsrailin son müharibədə həyata keçirdiyi hücumlar raketlərin istehsalı üçün kritik infrastruktur və həssas texniki avadanlıqlara ziyan vurub.