BAKI, 19 noyabr. TELEQRAF

İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda yerləşən iki yaşayış məntəqəsinin sakinlərinə təxliyə olunmaq tövsiyəsi verib.

Teleqraf xəbər verir ki, bu barədə SAXAL-ın sözçüsü Avicay Edri məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrail qüvvələri tezliklə Livanın cənubunda “Hizbullah”ın terror infrastrukturlarına hücum etməyi planlaşdırır, məqsəd onların həmin ərazidə fəaliyyətini bərpa etmək cəhdlərini önləməkdir. Bu səbəbdən Deyr-Kifa və Şəhur kəndlərinin sakinlərinə yaşayış yerlərini tərk etmək tövsiyə olunub.