BAKI, 18 oktyabr. TELEQRAF

“Düşmən qüvvələr beynəlxalq dəniz dəhlizlərini məhdudlaşdırmaq və İrana çıxışı aradan qaldırmaq məqsədilə strategiyalar yürüdürlər”.

Teleqraf xəbər verir ki, bu iddia ilə İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şahram İrani çıxış edib.

İrani bu açıqlamanı İranın dəniz inkişaf planı layihəsi ilə bağlı keçirilən konfransda verib və ölkənin qlobal dənizlərlə əlaqəsinə daha çox diqqət yetirilməsini tələb edib.

“Düşmənin əsas strategiyası bu gün dəhlizləri məhdudlaşdırmaq, onları monopoliyaya almaq və İrana çıxışı istisna etməkdir”, - o deyib.

Şahram İrani qeyd edib ki, milli planlaşdırma sənədlərində Şimal-Cənub dəhlizi daima vurğulansa da, Şərq-Qərb dəniz marşrutlarına kifayət qədər diqqət ayrılmayıb.

Admiral həmçinin müvafiq sənəddə dəniz logistika mərkəzlərinin inkişafına daha güclü diqqət yetirilməsini tövsiyə edib.