BAKI, 16 oktyabr. TELEQRAF

Türkiyə Silahlı Qüvvələri Qəzza zolağında yaradılacaq çoxmillətli operativ qrupun missiyasında iştirak etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Yaşar Gülər məlumat verib.

“Həmkarlarımıza bildirmişik ki, Türkiyə Silahlı Qüvvələri Qəzzada yaradılacaq çoxmillətli operativ qrupda iştirak etməyə hazırdır. Həmçinin Qəzzada atəşkəsin əldə olunması və bunun iki dövlət prinsipinə əsaslanan ədalətli həll prosesinə təkan verməsindən məmnun olduğumuzu bəyan etmişik. Atəşkəs rejiminə tam riayət edilməsi və humanitar yardımın fasiləsiz çatdırılması vacibdir”, - nazir bildirib.