BAKI, 26 sentyabr. TELEQRAF

“ABŞ-nin bombardmanları İranın nüvə infrastrukturunu məhv edə bilmədi”.

Teleqraf xəbər verir ki, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

“Bombardmanlar nüvə infrastrukturumuzu məhv edə bilmədi. Əməkdaşlığı davam etdirmək üçün aydın planımız var. Nüvə texnologiyalarının inkişafı ilə bağlı dinc planımızdan heç bir sapma olmayacaq. Əmin olun, fasiləsiz irəliləyirik”, - ölkə rəsmisi bildirib.