BAKI, 24 sentyabr. TELEQRAF

İsrailin Qəzzaya tətbiq etdiyi dəniz blokadasını yarmağı hədəfləyən “Qlobal Sumud Flotiliyası”nın (GSF) gəmilərindən bir neçəsinə dron hücumu olub.

Teleqraf xəbər verir ki, bu iddia ilə aksiyanın iştirakçıları çıxış ediblər.

Flotiliya üzvləri çoxsaylı dronlar və naməlum obyektlər müşahidə etdiklərini, rabitə pozuntusu ilə üzləşdiklərini və bir sıra gəmilərdə partlayışların baş verdiyini bəyan ediblər.

Hücum nəticəsində yaralananların olmadığı bildirilir.

“Biz bu psixoloji əməliyyatlara əyani şahidlik edirik, lakin biz qorxmayacağıq”, - flotiliya bəyan edib.