BAKI, 29 avqust. TELEQRAF
“Nüvə obyektlərinin məhv edilməsi İranın nüvə potensialını sıradan çıxarmadı”.
Teleqraf xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-nin ölkəsinin nüvə obyektlərinə hücumunu şərh edərkən deyib.
“Nüvə obyektlərinin məhv edilməsi İranın nüvə potensialını məhv etmədi. Bu qabiliyyət İran alimlərinin beynindədir. Yüzlərlə alimi öldürə bilməzlər, çünki nüvə texnologiyasını necə inkişaf etdirməyi bilirlər. Bizdə bu texnologiya var. İranın üç obyektini bombalamaqla belə bir şeyi məhv etdiyinizi düşünmək çox sadəlövh fikirdir”, - sabiq nazir bildirib.
Zərif İranın nüvə bombası yaratmaq niyyətində olmadığını və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bunu sübut edə biləcəyini iddia edib.