BAKI, 25 avqust. TELEQRAF
“Kürdlərə, lorlara, giləklərə, türklərə, ərəblərə, bu ölkədə yaşayan hər kəsə qardaşlıqla yanaşsaq, misilsiz birlik yaranar”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“İnsanlara qardaşlıq münasibətinin nəticəsi misilsiz birlikdir. Cəmiyyət daxilində ədalətə riayət etməliyik. Davranışımızda ədaləti müşahidə edə bilsək, cəmiyyətə xidmətdə çox təsirli ola bilərik. Bizim hökumət olaraq vəzifəmiz xeyirxahlıqdır və xalqa xidmət etməli olduğumuza daxildən inanmaqdır. Bizim başqa vəzifəmiz yoxdur. Bacardığımız qədər xalqa xidmət etsək, xalq işlərindəki düyünləri birliklə açmağa çalışsaq, problemlər həllini taparıq. İnsanlara şiddət və pis rəftar etməməliyik.
İnsanlar bizimlə din baxımından qardaşdır, bərabərdir, biz bir yaradılmışıq. Əgər biz insanlarla belə davransaq, bu ölkədə yaşayan hər kəsə - kürdlərə, lorlara, giləklərə, türklərə, ərəblərə qardaşlıqla yanaşsaq, misilsiz bir birlik yaranar”, - prezident qeyd edib.