BAKI, 20 avqust. TELEQRAF
“İyun ayında İranın nüvə obyektlərinə zərbə endirən ABŞ bununla beynəlxalq hüququ tamamilə pozdu”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“ABŞ bütün beynəlxalq normaları pozaraq, İranın nüvə obyektlərinə hücum etdi. Beynəlxalq hüquq və bütün ümumi qəbul edilmiş normaları tapdaladılar. İran heç vaxt heç bir ölkəyə qarşı müharibə başlatmayıb. Amma hücumların hədəfinə çevriləndə cavab vermək məcburiyyətində qaldıq. Qərb dünyada hökmranlıq etmək istəyir”, - Pezeşkian bildirib.