BAKI, 13 iyul. TELEQRAF
Suriyanın Süveydə şəhərində Bədəvi qəbiləsi ilə Druz qəbiləsinin silahlıları arasında baş verən toqquşmada 9 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Tibb mənbələrinin məlumatına görə, hadisə şəhərin Maqus məhəlləsində baş verib. Ölənlərdən birinin uşaq olduğu bildirilir. Təxminən daha 30 nəfər yaralanıb.
Suriya hakimiyyəti hadisəni hələlik şərh etməyib.