BAKI, 23 iyun. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri İranın Kərəc şəhərinə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Hücum zamanı İran Silahlı Qüvvələrinin bölgədəki hərbi infrastrukturunun vurulduğu bildirilib.

Əməliyyatdan sonra şəhərdə güclü partlayış səsləri eşidilib, bir neçə istiqamətdə tüstü qalxıb.