BAKI, 21 iyun. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri paytaxt Tehranda İranın mərhum ali rəhbəri Ruhullah Xomeyninin məqbərəsinin ətrafını bombardman edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Məlumatda deyilir ki, hücumdan sonra güclü partlayış səsləri eşidilib, məqbərə yaxınlığından tüstü qalxıb.