BAKI, 20 iyun. TELEQRAF
“İran və İsrail arasındakı eskalasiya Şimal-Cənub dəhlizi üzrə plan və razılaşmaları dəyişmir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin müşaviri İqor Levitin deyib.
“Heç nə dəyişmir, bu, (Şimal-Cənub dəhlizi) bizim üçün prioritet idi və belə də qalır”, - Levitin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda magistralın tikintisinin perspektivləri ilə bağlı sualı cavablandırarkən bildirib.
Prezidentin müşaviri qeyd edib ki, dəmir yollarının tikintisi ilə bağlı bütün razılaşmalar qüvvədə qalır:
“Bilmirəm, Şimal-Cənub magistralı bombalanır, ya yox, amma biz razılaşdığımız heç nəyi dəyişmirik”.