
BAKI, 18 iyun. TELEQRAF
İran paytaxtının hava hücumundan müdafiə sistemləri şəhərin mərkəzində işə salınıb.
Teleqraf xəbər verir ki, yerli KİV paytaxrtda partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.
***
18:20
İsrail Hərbi Hava Qüvvələrinin Tehrana hücumu davam edir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Hücum zamanı Xocir raket istehsalı zavodu və polis qərargahı məhv edilib.
Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələrinin Tehran və digər bölgələrə son hücumlarından sonra ölkəyə internet verilişi tam bağlandı.
— Newsfeed (@Newsfeed883920) June 18, 2025
***
17:34
İsrail Tehranın şimal-şərqindəki Həkimiyyə rayonu yaxınlığında İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı İmam Hüseyn Universitetinə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
İsrail mətbuatı isə Tehranın dağlıq ərazilərində İran Silahlı Qüvvələrinə məxsus ballistik raket bazalarının məhv edilməsi barədə yazıb.
— Newsfeed (@Newsfeed883920) June 18, 2025
***
17:15
İsrail ordusu Tehranda Qırmızı Aypara Cəmiyyətinin binası yaxınlığına zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Həmçinin Tehranın şərqində İran Silahlı Qüvvələrinə məxsus hədəflərin vurulduğu bildirilib.
ВВС Израиля атакуют квартал Тегерана, где находится бункер Хаменеи pic.twitter.com/rxBIXQiPzp
— seymur bakshev (@seymur_bakshev) June 18, 2025
***
16:55
“İsrail Hərbi Hava Qüvvələri hazırda Tehranda İran rejiminə aid hərbi hədəflərə hücum edir”.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
***
16:18
İranın paytaxtı Tehranda partlayışlar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Məlumatda deyilir ki, partlayışlar İsrail Hərbi Hava Qüvvələrinin hücumu ilə əlaqəlidir.
İsrailin İranın paytaxtında bir sıra hərbi hədəfləri vurduğu bildirilib.