BAKI, 16 iyun. TELEQRAF
İran MOSSAD-a casusluqda təqsirli bilinən şəxs edam edilib
Teleqraf xəbər verir ki, İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, İsmail Fəxri MOSSAD casusluqda ittiham olunaraq edam edilib.
Qeyd olunur ki, bu son həftələr ərzində İsrailə casusluqla bağlı həyata keçirilən üçüncü edamdır.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.